Xidmətdən istifadə sayı
Bu gün: 30300
Cari ay: 414919
Cari il: 1822769
İcbari avtoməsuliyyət sığortası üzrə sığorta haqqını hesabla
  • NV-nin qeydiyyat ölkəsi
  • Sığortanın müddəti
  • Şəxsin növü
  • NV-nin növü
  • Mühərrikin həcmi (sm³)
  • Bonus-Malus sinfi - əmsalı
  • Sığorta haqqı
AVTONƏQLİYYAT VASİTƏLƏRİ ÜÇÜN İCBARİ SIĞORTA HAQLARI NECƏ HESABLANIR?

Bir illik müddətə bağlanılan icbari avtoməsuliyyət sığortası müqavilələri üzrə sığorta haqqını hesablamaq üçün 50 manat məbləğində müəyyən edilmiş baza sığorta haqqından, avtonəqliyyat vasitəsinin növünə görə əmsaldan və sığortalının Bonus-Malus sinfinə görə əmsalından istifadə olunur. Bu üç parametrin bir-birinə vurulması nəticəsində fiziki şəxs olan avtonəqliyyat vasitəsi sahiblərinin ödəməli olduğu sığorta haqqını tapmaq mümkündür.
Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, əlavə olaraq 1.20 əmsalı da tətbiq edilir.

AVTONƏQLİYYAT VASİTƏSİNİN NÖVÜNƏ GÖRƏ ƏMSAL NƏDİR?

Sığorta haqqının hesablanması üçün avtonəqliyyat vasitəsinin növünə görə tətbiq olunan əmsallar avtonəqliyyat vasitələrinin növləri üzrə müxtəlif olur. Minik avtomobilləri üzrə əmsallar mühərrik həcmindən asılı olaraq 1.00 – 5.00 arası dəyişir. Minik avtomobilləri və digər avtonəqliyyat vasitələri üzrə əmsallarla bu qaydalarda tanış olmaq olar.

BONUS-MALUS SİSTEMİ NƏDİR?

Bonus-Malus (“BM”) sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. BM sistemi İcbari Sığorta Bürosunun İnformasiya Sisteminin tərkib hissəsidir.
Sistemin 17 sinfi mövcuddur, bunlardan 1–5-ci siniflər sığorta riskinin yüksək olmasını, 7–17-ci siniflər sığorta riskinin aşağı olmasını ifadə edir. Avtonəqliyyat vasitəsinə münasibətdə ilk dəfə icbari sığorta müqaviləsi bağlandığı zaman sığorta riskinin qeyri-müəyyən olmasını əks etdirən 6-cı BM sinfi tətbiq olunur.
Hər bir sığortalının BM sinfi hər ilin 15 yanvar tarixinə müəyyənləşdirilir və növbəti ilin 15 yanvar tarixinədək qüvvədə olur.
Hər BM sinfinin özünə aid BM əmsalı vardır. Sığortalı öz sığorta şirkətinə müraciət edərək özünə aid BM əmsalını öyrənə bilər.